Əsas səhifə » Türkiyənin İrana mebel ixracı azalıb (ÖZƏL)

Türkiyənin İrana mebel ixracı azalıb (ÖZƏL)

Orkhan Qadirzade

Bakı, AzerVoice

2024-cü ilin yanvar – avqust aylarında Türkiyənin İrana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azalaraq, 172,7 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə İrana 17,3 milyon dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 17,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

banner

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq, 5 milyon 168 min 790 dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 666 min 177 dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 1,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 7 milyon 885 min 806 dollar məbləğində mebel ixrac edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice