Əsas səhifə » Türkiyə Livandakı partlayışlardan sonra rabitə cihazlarının təhlükəsizliyini nəzərdən keçirəcək

Türkiyə Livandakı partlayışlardan sonra rabitə cihazlarının təhlükəsizliyini nəzərdən keçirəcək

Orkhan Qadirzade

Bakı, AzerVoice

Türkiyə Livanda baş verən partlayışlardan sonra rabitə cihazlarının təhlükəsizliyini nəzərdən keçirəcək.

AzerVoice xəbər verir ki, bu haqda Türkiyə Müdafiə Nazirliyinin rəsmisi məlumat verib.

Adının açıqlanmasını istəməyən türk rəsmisi bildirib ki, Türkiyə ordusu yalnız yerli istehsal olan avadanlıqlardan istifadə edir.

banner

Xaricdən hərbi avadanlıq idxal edilən zaman xüsusi nəzarət mexanizmləri tətbiq edilir.

Həmçinin rəsmi deyib ki,”apardığımız əməliyyatlarda, Ukraynada davam edən müharibədə, Livanda baş verən münaqişələrdən sonra əldə edilən nəticələr əsasında tədbirlər nəzərdən keçirilir və yeni tətbirlər hazırlanır.

Xatırladaq ki, çərşənbə axşamı Hizbullah üzvlərinin istifadə etdiyi peycerlər kiberhücum nəticəsində partladılmışdı.

Edilən hücum regionda kibertəhlükəsizliklə bağlı narahatlıqlara səbəb olub.

İraqın milli təhlükəsizlik şurası elektron avadanlıqların idxalı ilə bağlı mümkün pozuntuya qarşı qabaqlayıcı tədbirlər görüləcəyini bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan cümə axşamı Anadolu xəbər agentliyinə verdiyi müsahibədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən kibertəhlükəsizlik üzrə müstəqil agentliyin yaradılmasının gündəmə gətirildiyi bildirilib.

Həmçinin Fidan agentliyin yaradılacağını bildirib.

Digər Kateqoriyalar

2023 © AzerVoice