Bakı. AzerPress:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının beşinci iclası çərçivəsində rəsmi səfərdə olduğu Yunanıstanda “Dostluq münasibətləri və mehriban qonşuluq haqqında Afina Bəyannaməsi”ni imzalayıb.
AzerPress-in məlumatına görə, tərəflər davamlı, konstruktiv və mənalı məsləhətləşmələr aparmağa razılaşıblar.
Tərəflər birbaşa məsləhətləşmələr yolu ilə və ya Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində nəzərdə tutulduğu kimi birgə müəyyən ediləcək digər vasitələrlə öz aralarında yaranan hər hansı mübahisəni sülh yolu ilə həll etməyə səy göstərəcəklər.
Qeyd edək ki, prezident Ərdoğan bu gün Yunanıstan Baş naziri Kiryakos Miçotakisinin dəvəti ilə Yunanıstana səfər edib.
Aytac Süleymanova
Twitter: a_alieva_