Əsas səhifə » Türkiyəyə Suriya ərazisindən raket atılıb

Türkiyəyə Suriya ərazisindən raket atılıb

Orkhan Qadirzade

Bakı, AzerVoice

Axşam saatlarında Suriya ərazisindən atılan raket mərmiləri Türkiyənin Kilis şəhərinə düşüb.

AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, raket Suriyada baş verən qarşıdurma zamanı atılıb.

Türkiyə Silahlı Qüvvələrinin raket mərmisinin düşməsi nəticəsində bölgəyə artilleriya atəşi açdığı iddia edilib.

banner

Təhlükəsizlik mənbələri isə bu məlumatı yalanlayıb. Həmçinin bölgədə heç bir qarşıdurmanın olmadığı deyilib.

Raketin minalanmış əraziyə düşdüyü və ərazidə yanğın başladığı bildirilir.

Digər Kateqoriyalar

2023 © AzerVoice