Əsas səhifə » Türkiyəyə səfər edən türkmənistanlıların sayı 70 minə çatır (ÖZƏL)

Türkiyəyə səfər edən türkmənistanlıların sayı 70 minə çatır (ÖZƏL)

Yamin Savalanli

Bakı, AzerVoice

2024-ci ilin iyunuda Türkmənistandan Türkiyəyə 13 min 104 turist səfər edib ki, bu da 2023-cu ilin iyunu ilə müqayisədə 23,47 faiz çoxdur.

Bu barədə AzerVoice-a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı 0,22 faiz təşkil edib.

banner

2024-ci ilin yanvar-iyun aylarında Türkmənistandan Türkiyəyə 69 min 18 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,08 faiz çoxdur.

2024-ci ilin yanvar-iyun aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı isə 0,32 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2024-ci ilin iyununda Türkiyəyə 6 milyon 833 min 835 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 9,13 faiz çoxdur.

2024-ci ilin yanvar-iyun aylarında 26 milyon 136 min 764 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,91 faiz çoxdur.

Digər Kateqoriyalar

2023 © AzerVoice