Əsas səhifə » Türkiyənin xarici ticarət dövriyyəsi 50 milyard dollara yaxınlaşır (ÖZƏL)

Türkiyənin xarici ticarət dövriyyəsi 50 milyard dollara yaxınlaşır (ÖZƏL)

Naile Babazade

Bakı, AzerVoice

Bu ilin avqust ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 54 milyon dollar olub.

Bu barədə AzerVoice-a Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin avqust ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,4 faiz artaraq 22 milyard 63 milyon dollar, idxalı isə 10,8 faiz azalaraq 26 milyon 991 min dollar olub.

banner

“Bu ilin yanvar – avqust ayında Türkiyənin xarici ticarət dövriyyəsi 3,7 faiz azalaraq 396 milyard 467 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Digər Kateqoriyalar

2023 © AzerVoice