Əsas səhifə » Türkiyənin Türkmənistana xalça ixracı 4 milyon dollara yaxınlaşıb (ÖZƏL)

Türkiyənin Türkmənistana xalça ixracı 4 milyon dollara yaxınlaşıb (ÖZƏL)

Fərid Mikayilov

Bakı, AzerVoice

2024-cü ilin yanvar – iyul aylarında Türkiyənin Türkmənistana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,3 faiz artaraq, 3,8 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə Türkmənistana 348 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 1,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

banner

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq, 1 milyard 605 milyon dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 230 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 22,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 2 milyard 891 milyon dollar məbləğində xalça ixrac edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice