Əsas səhifə » Türkiyənin Türkmənistana kimyəvi maddə ixracının həcmi açıqlanıb (ÖZƏL)

Türkiyənin Türkmənistana kimyəvi maddə ixracının həcmi açıqlanıb (ÖZƏL)

Fərid Mikayilov

Bakı. AzerVoice:

Türkiyə 2024-cü ilin yanvar-aprel aylarında Türkmənistana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalaraq 45,8 milyon dollara çatdırıb.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin aprel ayında Türkiyənin Türkmənistana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 14,5 faiz azalaraq, 10,7 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.

banner

Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-aprel aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artıraraq 10,5 milyard dolları ötüb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin aprel ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5 faiz artaraq, 2,5 milyard dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023-aprel 2024) Türkiyə 31,2 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib

Digər Kateqoriyalar

2023 © AzerVoice