Əsas səhifə » Türkiyənin Qırğızıstana mebel ixracı 50 milyon dolları ötüb (ÖZƏL)

Türkiyənin Qırğızıstana mebel ixracı 50 milyon dolları ötüb (ÖZƏL)

Fərid Mikayilov

Bakı, AzerVoice

2024-cü ilin yanvar – iyul aylarında Türkiyənin Qırğızıstana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35,4 faiz artaraq, 50,4 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə Qırğızıstana 8,9 milyon dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 55,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

banner

Qeyd edək ki, Türkiyənin 2024-cü ilin yanvar-iyul aylarında mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 4 milyard 504 milyon dolları ötüb.

“2024-cü ilin iyul ayında Türkiyənin dünya bazarlarına mebel ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 16,6 faiz artaraq, 707 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 7 milyard 897 milyon dollar məbləğində mebel ixrac edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice