Əsas səhifə » Türkiyənin Qazaxıstana sement məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Türkiyənin Qazaxıstana sement məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Fərid Mikayilov

Bakı. AzerVoice:

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Qazaxıstana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 75 faiz artaraq, 5,7 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə Qazaxıstana 1,7 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 1,01 dəfə çoxdur” – deyə nazirlikdən bildirilib.

banner

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,9 faiz azalaraq, 1,4 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə 339,2 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 9,2 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023 – aprel 2024) Türkiyə 4,5 milyard dollar məbləğində sement məhsulları ixrac edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice