Əsas səhifə » Türkiyənin Özbəkistana mebel ixracı azalıb (ÖZƏL)

Türkiyənin Özbəkistana mebel ixracı azalıb (ÖZƏL)

Laman Asadli

Bakı. AzerVoice:

2024-cü ilin yanvar ayında Türkiyənin Özbəkistana mebel, kağız və meşə məhsulları ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 27,3 faiz azalaraq, 5 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024-yanvar 2023) Türkiyə 8 milyard dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib.

banner

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin mebel, kağız və meşə məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 12,4 milyard dollara bərabər olub.

2023-cü ilin dekabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1,1 faiz çoxdur.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice