Əsas səhifə » Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edib

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edib

Naile Babazade

Bakı, AzerVoice

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.

AzerVoice  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Sən bizimsən, bizimsən durduqca bədəndə can,

banner

Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”

Azərbaycan türk qardaşlarımızın 20 Sentyabr Dövlət Suverenlik Günü mübarək olsun. Biz bundan sonra da “Bir millət, iki dövlət” anlayışı ilə birliyimizi davam etdirəcəyik”, – deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

Digər Kateqoriyalar

2023 © AzerVoice