Əsas səhifə » Türkiyənin İƏİT ölkələrinə ixracatı 11 milyard dolları keçib (Özəl)

Türkiyənin İƏİT ölkələrinə ixracatı 11 milyard dolları keçib (Özəl)

Yamin Savalanli

Bakı, AzerVoice

2024-cü ilin iyul ayında Türkiyənin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 11,4 faiz artaraq 11 milyard 670 milyon 798 min dollar olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar – iyul ayında, Türkiyənin İƏİT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,4 faiz artaraq, 78 milyard 498 milyon 345 min dollar olub.

banner

“Bu ilin iyul ayında Türkiyənin Türk ölkələrindən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz azalaraq 11 milyard 399 milyon 611 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, 2024-cü ilin yanvar – iyul aylarında Türkiyənin Türk ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 6,5 faiz azalaraq, 92 milyard 105 milyon 934 min dollar təşkil edib.

Məlumat üçün qeyd edək ki, bu ilin iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyar 315 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin iyul ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 13,8 faiz artaraq 22 milyard 510 milyon dollar, idxalı isə 7,8 faiz azalaraq 29 milyard 805 milyon dollar olub.

“Bu ilin yanvar – iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 347 milyard 414 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Digər Kateqoriyalar

2023 © AzerVoice