Əsas səhifə » Türkiyənin Azərbaycana hazır geyim ixracı 20 milyon dolları ötüb

Türkiyənin Azərbaycana hazır geyim ixracı 20 milyon dolları ötüb

Sabina Mirzayeva

Bakı, AzerVoice

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Azərbaycana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz azalaraq, 20,9 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə Azərbaycana 4,7 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 12,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

banner

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz azalaraq, 5,8 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 1,2 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 17,8 faiz azdır

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023-aprel 2024) Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice