Əsas səhifə » Türkiyənin Antalya hava limanında beynəlxalq reyslər təxirə salınıb

Türkiyənin Antalya hava limanında beynəlxalq reyslər təxirə salınıb

Tasnim İsmixan

Bakı, VOA

Türkiyənin Antalya hava limanında uçuşlarda gecikmələr yaranıb.

VOA bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, kütləvi fasilələrə səbəb maaşların artırılmasını tələb edən aviadispetçerlərin tətili olub.

banner

Bundan əlavə, yüksək turizm mövsümü də öz təsirini göstərib. Ləngimə hələ 10 gün davam edəcək.

Qeyd edilir ki, iyunun 29-da hava limanında 209 min nəfərlik rekord sərnişin axını qeydə alınıb. Liman əsasən beynəlxalq olmaqla, 1 100-dən çox uçuş həyata keçirib və trafik artmaqda davam edir.

Digər Kateqoriyalar

2023 © AzerVoice