45
Bakı. AzerVoice:
Ədirnədən Yunanıstana qaçmağa çalışan 13 terrorçu saxlanılıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Onlardan beşinin PKK, səkkizinin isə FETÖ terror təşkilatı üzvü olduğu məlum olub.
Məlumata əsasən, nəzarətə alınan şübhəlilər məhkəməyə sövq edilib.