Əsas səhifə » Türkiyədən İrana elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

Türkiyədən İrana elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

Narmin Ağayeva

Bakı, AzerVoice

2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyədən İrana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz azalaraq, 89,1 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice– a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə İrana 9 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 3,5 faiz çoxdur ” – deyə nazirlikdən bildirilib.

banner

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 1,9 faiz artaraq, 12,2 milyard dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 1,4 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 6,2 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023 – sentyabr 2024) Türkiyə 16,4 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice