Əsas səhifə » Türkiyədə qurulan Qırğızıstan şirkətlərinin sayı azalıb (ÖZƏL)

Türkiyədə qurulan Qırğızıstan şirkətlərinin sayı azalıb (ÖZƏL)

Fərid Mikayilov

Bakı, AzerVoice

2024-cü ilin yanvar-iyul ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 13 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 şirkət azdır.

Bu barədə AzerVoice-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qırğızıstan şirkətlərinin məcmu kapitalı 10 milyon 115 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 14 milyon 23 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

banner

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyul ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (10) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Qırğızıstan şirkətlərinin ümumi kapitalı 2 milyon 625 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-iyul ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 7 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Digər Kateqoriyalar

2023 © AzerVoice