Əsas səhifə » Türkiyədə prospektlərin birinə Milli Qəhrəmanımızın adı verilib

Türkiyədə prospektlərin birinə Milli Qəhrəmanımızın adı verilib

Narmin Ağayeva

Bakı,  AzerVoice

Türkiyənin Afyonkarahisar vilayətində küçələrin birinə Azərbaycanın milli qəhrəmanı İbad Hüseynlinin adı verilib.

Bu barədə AzerVoice -a açıqlamasında Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu bildirib.

Məlumata görə, 4 oktyabr 2024-cü il tarixində 2024/32 saylı şura qərarı ilə Afyonkarahisarın Çayırbağ rayonundakı Kurtuluş küçəsinə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin adı verilməsi ilə bağlı qərar qəbul edilib.

banner

Rəsmi açılış mərasimi oktyabrın 17-də keçiriləcəkdir.

Qeyd edək ki, İbad Hüseynli, 2020-ci il İkinci Qarabağ Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlarla tanınmışdır. Bundan əvvəl Türkiyədə İbad Hüseynlinin adına iki küçə və iki parkın açılış mərasimi olub.

Digər Kateqoriyalar

2023 © AzerVoice