Əsas səhifə » Türkiyədə Instagramın yenidən açılması gözlənilir

Türkiyədə Instagramın yenidən açılması gözlənilir

Narmin Ağayeva

Bakı, AzerVoice

Türkiyədə Instagramın yenidən açılması məsələsi ilə bağlı Ulaştırma ve Altyapı Bakanlığı rəsmiləri İnstaqram nümayəndələri ilə görüşüblər.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Ulaştırma ve Altyapı naziri Abdulkadir Uraloğlu sosial media hesabında açıqlayıb. açıqlama verib

Uraloğlu, “Tələblərimizi qarşılamaq üçün lazım olanı edəcəklərini ümid edirik, müsbət irəliləyişlər gözləyirik. Keçən həftə kataloq cinayətləri çərçivəsində həyata keçirilən siyasətlərə görə girişini blokladığımız “İnstagram” sosial media platformasının rəsmiləri ilə görüş keçirmişdik. Görüş zamanı Türkiyə Cümhuriyyətinin qanunlarına uyğunluqla bağlı həssas nöqtələrimizi bildirdik. Bu gün günortadan sonra isə onlarla görüşəcəyik, ümid edirik ki, bizim tələblərimizi yerinə yetirəcəklər” – deyə bildirib.

Qeyd edək ki, “kataloq cinayətlər” – uşaqlara qarşı cinsi istismar, intihara təhrik etmə, Atatürkə təhqir kimi məzmunların çıxarılmasında çətinliyi ehtiva edir. Məşhur sosial media platforması artıq avqustun 2-dən etibarən Türkiyədə fəaliyyət göstərmir. Hazırda şəbəkənin nə vaxt açılacağı bilinmir.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice