27
Bakı, AzerVoice
İnstagram Türkiyədə saat 21.30-dan etibarən istifadəyə açılıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.
“Türkiyə Respublikası olaraq, kataloq cinayətləri çərçivəsində həyata keçirilən siyasətlərə görə, tələblərimizə cavab vermədiyi üçün avqustun 2-də Instagram sosial media platformasına girişi blokladıq.” – deyə o qeyd edib.
Uraloğlu bildirib ki, Türkiyədəki bu qadağa (Türkiyə saatı ilə) 21:30-da açılıb.
Hafiz Rufizoğlu