Əsas səhifə » Türkiyədə iki yük gəmisi toqquşub

Türkiyədə iki yük gəmisi toqquşub

Orkhan Qadirzade

Bakı, AzerVoice

Türkiyənin İstanbul boğazının Üsküdar sahillərində iki yük gəmisi toqquşub.

AzerVoice xəbər verir ki, sükanı kilidlənən gəmi sahilə doğru sürüklənib.

Hadisədə ölən və yaralanan olmadığı bildirilib.

banner

Həmçinin gəmilərin Ahırkapıya aparılacağı deyilib.

Verilən məlumatda hadisə ilə bağlı sahil polisinin araşdırmaya başladığı qeyd edilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice