Əsas səhifə » Türkiyədə helikopter yanğına müdaxilə edərkən qəzaya uğrayıb

Türkiyədə helikopter yanğına müdaxilə edərkən qəzaya uğrayıb

Hafiz Rufizoglu

Bakı, AzerVoice

Türkiyənin Adana vilayətində meşə yanğınına müdaxilə edən helikopter suya düşüb.

AzerVoice xəbər verir ki, bu barədə Adana qubernatoru Yavuz Selim Köşger deyib.

O, Kozan rayonunda meşə yanğınına müdaxilə etmək üçün su almağa çalışarkən qəzaya uğrayan helikopterdə olan 5 nəfərin xilas edildiyini bildirib.

banner

“Helikopterdə olan 5 personal xilas olub, yalnız helikopter suya düşüb. Heyətin səhhətində heç bir problem yoxdur.” – deyə Köşger qeyd edib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice