Əsas səhifə » Türkiyədə İŞİD liderinin qohumu saxlanılıb

Türkiyədə İŞİD liderinin qohumu saxlanılıb

Yamin Savalanli

Bakı, VOA:

Terror təşkilatı İŞİD-ın qondarma lideri Əbu Bəkr Əl-Bağdadinin qohumu Türkiyənin Kırşehir bölgəsində polis tərəfindən yaxalanıb.

VOA xəbər verir ki, Kırşehir Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsi qrupları, ələ keçməmək üçün davamlı olaraq ünvanını dəyişən W.K.K.A.B adlı şəxsin tutulması üçün əməliyyat təşkil edib.

Papaq, beret və maska ​​taxaraq gizlənən, tez-tez şəxsiyyətini və ünvanını dəyişən, qeyri-qanuni yollarla xaricə qaçmağa çalışan W.K.K.A.B adlı şübhəli şəhərin mərkəzində saxlanılıb.

banner

Evindən çoxlu sayda rəqəmsal material ələ keçirilən şübhəli polis bölməsində sonra məhkəmə orqanlarına təhvil verilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice