Əsas səhifə » Türkiyədə 90 milyon dollardan çox forex fırıldaqçılığı ifşa edildi

Türkiyədə 90 milyon dollardan çox forex fırıldaqçılığı ifşa edildi

Yamin Savalanli

Bakı, VOA

Türkiyənin İstanbul şəhərində dəbdəbəli rezidentdə çağrı mərkəzi qurub “qısa zamanda yüksək qazanc” vədi ilə yüzlərlə insanı öz şəbəkələrinə cəlb edərək aldadan qrup aşkar edilib.

Türk polisi “Sibergöz 44” əməliyyatı çərçivəsində hadisə ilə bağlı 62 şübhəlinin həbs edib.

Onlar özlərini maliyyə eksperti kimi təqdim edərək saxta adlarla insanlara zənglər ediblər. Hazırladıqları inandırıcı mətnlərlə yüzlərlə insanı qurbanlarına çevirə biliblər.

banner

Fırıldaqçılar minlərlə vətəndaşın şəxsi məlumatlarını əldə ediblər. Daha sonra qanunsuz topladıqları bu məlumatlardan istifadə edərək qurbanlara bir-bir zəng etməyə başlayıblar.

Bu prosesdə fırıldaqçılar daha öncədən hazırlanmış inandırıcı mətnlərdən istifadə edirdilər. Zəng vaxtı və üsulunu da seçdikləri insanların peşələrinə uyğun olaraq işləyib hazırlamışdılar. Məqsəd diqqəti yayındıran anlarda insanları ehtiyatsız tutmaq idi.

Qurbanı “saxta proqram”da hesab açmağa inandırdıqdan sonra ikinci mərhələyə start verilib. Foreks proqramlarına pul köçürdüyü iddia edilən zərərçəkənlər investisiyalarını idarə etdiklərini düşünərkən, fırıldaqçılar əslində saxta panel vasitəsilə hesabları nəzarətdə saxlayırmışlar.

Hesabdakı məbləğ artmağa başlayanda “leverged əməliyyat bəhanəsi ilə” sistemə daha çox pul əlavə edilməsi tələb olnub. Zərərçəkmiş pulu çıxarmaq istəyəndə “bir çox texniki terminlərdən istifadə etməklə” məbləğin sıfıra düşdüyü və hesabın bağlandığı bildirilib. Fırıldaqçılar daha sonra danışdıqları xətləri sındıraraq aradan çıxıblar.

Şikayətlərdən sonra aylarla texniki və fiziki təqiblər aparılıb və SİBERGÖZ-44 əməliyyatı başlayıb.

“Çağrı mərkəzi” deyilən yerə basqın edilib. Ofisdə axtarışlar aparılıb və rəqəmsal materiallar ələ keçirilib.
Ünvanları müəyyən edilən şübhəlilər bir-bir yaxalanıb. Nəzarətə alınan 102 şübhəlidən 62-si həbs edilib. Şübhəlilərin bu üsulla 90 milyon dollardan çox pulun hərəkətini idarə etdikləri müəyyən edilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice