Əsas səhifə » Türkiyə müdafiə sənayesinə görə dörd əsas ölkədən biri olacaq

Türkiyə müdafiə sənayesinə görə dörd əsas ölkədən biri olacaq

Laman Asadli

Bakı. AzerVoice:

Dünyanın müdafiə sənayesi məhsulları tədarükçüləri arasında dörd əsas güc qalacaq, bunlar ABŞ, Rusiya, Çin və Türkiyədir.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin TUSAŞ müdafiə sənayesi şirkətinin baş direktoru Temel Kotil deyib.

T.Kotil onu da qeyd edib ki, ANKA-3 Pilotsuz Uçuş Aparatı görünməz olacaq.

banner

“KAAN-da istifadə etdiyimiz boyadan ANKA-3-də istifadə edəcəyik, sursatlar gövdənin içərisində yerləşdiriləcək”, – deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyənin TUSAŞ müdafiə sənayesi şirkəti iki mühərrikli ANKA-3 Pilotsuz Döyüş Təyyarəsinin konfiqurasiyasını hazırlayıb. İki mühərrikli uçan qanad konseptinə sahib olacaq PUA səsdən sürətli olacaq və KAAN-ı müşayiət edəcək.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice