Əsas səhifə » Türkiyə müdafiə sənayesi 400 milyondan çox ixracat edib

Türkiyə müdafiə sənayesi 400 milyondan çox ixracat edib

Hafiz Rufizoglu

Bakı, AzerVoice

Türkiyə iyul ayında müdafiə və aerokosmik sənaye ixracını 431 milyon dollara çatdırıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi rəhbəri Haluk Görgün  X sosial media hesabından paylaşım edib.

“İlk 7 ayda ixracatımız keçən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz artaraq 3 milyard 335 milyon dollara çatıb” – deyə o qeyd edib.

banner

Görgün bildirib ki, Türkiyə məqsədlərinə doğru möhkəm addımlar atır.

“Bu rəqəmlə müdafiə və aerokosmik sənaye ixracının son 12 ayda 13,4 faiz artaraq 5 milyard 831 milyon dollara çatıb. Müdafiə sənayesi sahəsində ixracatımızın bu yüksəliş qrafikində əməyi olan bütün şirkətlərimizi və onların əməkdaşlarını təbrik edir və onlara uğurların davamlı olmasını arzulayıram” – deyə o paylaşımda qeyd edib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice