Əsas səhifə » Türkiyə ABŞ-a mebel ixracını artırıb (ÖZƏL)

Türkiyə ABŞ-a mebel ixracını artırıb (ÖZƏL)

Laman Asadli

Bakı. AzerVoice:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin ABŞ-a mebel, kağız və meşə məhsulları ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 41,5 faiz artaraq, 93 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin mart ayında Türkiyə ABŞ-a 31,9 milyon dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 17,1 faiz çoxdur”, – deyə nazirlikdən bildirilib.

banner

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına mebel, kağız və meşə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 1,2 faiz azalaraq, 1,9 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 678,7 milyon dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 10,5 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2023) Türkiyə 8 milyard dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice