Bakı. AzerPress:
Türkiyəyə yönəlmiş bütün təhdidlərin qarşısı qətiyyətlə alınacaq.
AzerPress-in məlumatına görə, bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.
“Türkiyənin bölgədəki qeyri-sabitliyinin əsas səbəbi və mənbəyi olan terrorçulara və onları dəstəkləyən havadarlara qarşı əməliyyatlarımız fasiləsiz olaraq, sıx templə davam edir. Biz xain təşkilatı və bu təşkilata dəstək verənləri, himayədarları çox yaxşı tanıyırıq. Son vaxtlar bu quruma verilən dəstəyin artdığını görürük. Bir daha qeyd etmək istəyirəm ki, bizim əzmkarlığımız, qətiyyətimiz və gücümüz var. Türkiyəyə yönəlik bütün təhdidlərin, hansı ölkədən olursa olsun, istər daxili, istərsə də xarici qarşısı qətiyyətlə alınacaq. Vətəndaşlarımızın gələcəyə sülhlə baxması, özlərini bütün hüquq və mənafelərində tam təminatda hiss etmələri Türk əsrinin təməl prinsiplərindən biridir. Türk əsri terrorsuz bir əsr olacaq. Türk Əsri millətimizin sülh içində yaşayacağı bir əsr olacaq”,- deyə Cevdet Yılmaz bildirib.
Aytac Süleymanova
Twitter: a_alieva_