Əsas səhifə » Türkiyənin Türk dünyası ilə əlaqələri tarixi zirvəyə çatıb – Ərdoğan

Türkiyənin Türk dünyası ilə əlaqələri tarixi zirvəyə çatıb – Ərdoğan

Aytac Suleymanova

Bakı. AzerPress:

Türkiyə, Türk dünyası ilə əlaqələrini tarixi zirvələrə çatdırmaqla yanaşı, Avropa və ABŞ ilə də qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığı inkişaf etdirib.

AzerPress-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bizim məqsədimiz ölkəmizin iqtisadi, diplomatik və kommersiya uğurlarını qorumaq və daha da inkişaf etdirməkdir. Mənfi müdaxilələrə baxmayaraq, biz qonşularımızla qazan-qazan prinsipi əsasında münasibətlərimizi gücləndirmişik. Afrika və Latın Amerikası ölkələri ilə əlaqələrimiz müsbət mühitdə yeni ölçülər qazanaraq inkişaf edir. Türkiyə mərkəzli, lakin qlobal perspektivlə xarici siyasətimizi formalaşdırdıq”,- deyə Ərdoğan bildirib.

banner

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice