Bakı. AzerPress:
Türkiyənin töhfəsi olmadan heç bir böhran həll edilə bilməz.
AzerPress-in məlumatəna görə, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
“Təsis etdiyimiz dezinformasiyaya qarşı mərkəzimizin davam edən işi nəticəsində oktyabrın 7-dən İsrailin Qəzzaya hücumları ilə bağlı 100-dən çox qəsdən yalan xəbəri ifşa etmişik. İsrail hərbi cinayətlər törədir, Türkiyənin töhfəsi olmadan isə heç bir böhran həll edilə bilməz”,- deyə Altun bildirib.
Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 078-ə yüksəlib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
Aytac Süleymanova
Twitter: a_alieva_
Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun