Bakı. AzerPress:
Türkiyənin Şırnak vilayətinin bəzi bölgələri 15 gün müddətinə “xüsusi təhlükəsizlik zonası” elan edilib.
AzerPress-in məlumatına görə, bu barədə qubernatorluğun rəsmi səhifəsində bildirilib.
Qubernatorluq tərəfindən verilən açıqlamada, milli təhlükəsizliyin, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi, zorakılıq hadisələrinin baş verməməsi və baş verə biləcək hər hansı neqativ halların qarşısının alınması məqsədilə 2565 saylı Hərbi Qadağa Bölgələri və Təhlükəsizlik Bölgələri Qanununa uyğun olaraq Şırnak mərkəzi ilə Cizre, Silopi sərhədində yerləşən Cudi dağı, Bestler Dereler bölgəsi, Kurt dağı, Kürəşin, Kel Mehmet Dağları, Serin Vadi, Faraşin, Altın Dağ , Güçlükonak, Uludere və Beytüşşebap rayonları, İncebel dağı, Oymakaya və Tanin bölgələrinin 12-26 dekabr tarixləri arasında xüsusi təhlükəsizlik zonası elan edildiyi bildirilib.
Hafiz Rufizoğlu