Əsas səhifə » Türkiyənin Rusiyaya sement məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Türkiyənin Rusiyaya sement məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Fərid Mikayilov

Bakı. AzerVoice:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Rusiyaya sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz azalaraq, 18,8 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə Rusiyaya 5,9 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 25,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

banner

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,4 faiz azalaraq, 1,1 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 390 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 11,1 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023 – mart 2024) Türkiyə 4,5 milyard dollar məbləğində sement məhsulları ixrac edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice