Əsas səhifə » Türkiyənin Qırğızıstana mebel ixracı azalıb (ÖZƏL)

Türkiyənin Qırğızıstana mebel ixracı azalıb (ÖZƏL)

Laman Asadli

Bakı. AzerVoice:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Qırğızıstana mebel, kağız və meşə məhsulları ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 1,7 faiz azalaraq, 49,5 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin mart ayında Türkiyə Qırğızıstana 18,4 milyon dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 17,5 faiz azdır”, – deyə nazirlikdən bildirilib.

banner

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına mebel, kağız və meşə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 1,2 faiz azalaraq, 1,9 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 678,7 milyon dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 10,5 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2023) Türkiyə 8 milyard dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice