Əsas səhifə » Türkiyənin Qəzzadakı cinayətləri ictimailəşdirmək səyləri fasiləsiz davam edir -Tunç

Türkiyənin Qəzzadakı cinayətləri ictimailəşdirmək səyləri fasiləsiz davam edir -Tunç

Laman Asadli

Bakı. AzerPress:

Türkiyənin Qəzzadakı cinayətləri ictimailəşdirmək səyləri fasiləsiz davam edir.

AzerPress xəbər verir ki, bu sözləri Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç deyib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən və ondan əvvəl Astanada dövlət və hökumət başçıları ilə 30-a yaxın görüş keçirdi. Fələstində günahsız insanların və uşaqların qətlə yetirilməsinin qarşısını almaq üçün böyük səylər göstəririk”, – deyə o əlavə edib.

banner

Nazir Tunç onu da bildirib ki, artıq Fələstin dövlətinin yaradılması zamanıdır.

“Fələstin dövləti qurulmayana qədər orada tökülən qanlar dayanmayacaq. Biz bunu müdafiə etməyə və Fələstinli qardaşlarımızın yanında olmağa davam edəcəyik. Uşaq qatillərinin gec-tez beynəlxalq cinayət məhkəməsi qarşısına çıxarılmasını təmin edəcəyik”, – deyə o vurğulayıb.

Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.

İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı 9 min 488-ə çatıb.

Ləman Əsədli

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice