Əsas səhifə » Türkiyənin Azərbaycana kimyəvi maddə ixracının həcmi açıqlanıb (ÖZƏL)

Türkiyənin Azərbaycana kimyəvi maddə ixracının həcmi açıqlanıb (ÖZƏL)

Fərid Mikayilov

Bakı. AzerVoice:

Türkiyə 2024-cü ilin yanvar-mart aylarında Azərbaycana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq 121,4 milyon dollara çatdırıb.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin mart ayında Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 9,4 faiz azalaraq, 42,5 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.

banner

Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-mart aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artıraraq 8 milyard dollara çatdırıb.

2024-cü ilin mart ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5,7 faiz artaraq, 3 milyard dollara bərabər olub.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2023) Türkiyə 31,1 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice