Əsas səhifə » Türkiyənin ABŞ-a xalça ixracının həcmi açıqlanıb(ÖZƏL)

Türkiyənin ABŞ-a xalça ixracının həcmi açıqlanıb(ÖZƏL)

Fərid Mikayilov

Bakı. AzerVoice:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin ABŞ-a xalça ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 28.6 faiz artaraq, 210 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin mart ayında Türkiyə ABŞ-a 68,6 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 3 faiz çoxdur”, – deyə nazirlikdən bildirilib.

banner

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına xalça məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 23,9 faiz artaraq, 746,6 milyon dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 247,3 milyon dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 5,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023 – mart 2024) Türkiyə 2,9 milyard dollar məbləğində xalça məhsulları ixrac edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice