Əsas səhifə » Türkiyədə süni intellekt tədqiqatları “superkompüterlər” ilə aparılacaq

Türkiyədə süni intellekt tədqiqatları “superkompüterlər” ilə aparılacaq

Aytac Suleymanova

Bakı. AzerPress:

Türkiyədə süni intellekt tədqiqatları “superkompüterlər” ilə aparılacaq.

AzerPress-in məlumatına görə, bu sözləri Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır deyib.

“Türkiyədə süni intellekt ekosisteminin inkişafına böyük əhəmiyyət veririk. Süni intellekt bütün sektorlarda yüksək əlavə dəyər potensialına malik əsas texnologiyalardan biridir. Milli süni intellekt texnologiyalarını inkişaf etdirmək üçün Türkiyədə milli infrastrukturların qurulması və inkişaf etdirilməsi vacibdir. TÜBİTAK daxilində ekosistemin xidmətinə yüksək performanslı superkompüterlər təklif edirik. Bu kontekstdə TRUBA-ya böyük bir investisiya yatırırıq. TRUBA, gələn il ekosistem tərəfindən səmərəli istifadə ediləcək. TRUBA-da yaratdığımız tutumla, Süni intellekt sahəsində aparılacaq işlərin tutumu beş qat artacaq”,- deyə nazir qeyde dib.

banner

Kacır bildirib ki, Avropa İttifaqının infrastrukturlarından faydalanmaq üçün Rəqəmsal Avropa Proqramına qoşulmuşuq.

“Ortaq olduğumuz mühüm infrastrukturlardan birinin açılışı bu ay İspaniyada keçiriləcək və Türkiyənin texnologiya və sahibkarlıq ekosistemi və tədqiqatçılarına gələcəkdə Aİ tərəfindən qurulan superkompüterlərə çıxış təmin ediləcək. Bütün bu infrastrukturlar Türkiyədə milli süni intellekt həllərinin, məhsullarının, proqram təminatının və xidmətlərinin inkişafı və yayılmasında mühüm rol oynayacaq”,- deyə Kacır vurğulayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice