Əsas səhifə » Türkiyədə nümayişlər 15 günlük qadağan edilib

Türkiyədə nümayişlər 15 günlük qadağan edilib

Hafiz Rufizoglu

Bakı. AzerVoice:

Türkiyənin Van vilayətində nümayiş və yürüşləri 15 gün müddətinə qadağan edib.

AzerVoice xəbər verir ki, bu barədə Van Qubernatorluğu bildirib.

Van Qubernatorluğu nümayiş yürüşləri və açıq hava toplantılarının 15 gün müddətinə qadağan edildiyini açıqlayıb.

banner

Qubernatorluqdan verilən açıqlamaya görə, aprelin 3-dən aprelin 17-dək nümayiş yürüşləri, açıq hava toplantıları və qapalı toplantılar 15 gün müddətində keçirilməyəcək.

Qubernatorluq tərəfindən məqsədəuyğun hesab edilənlər istisna olmaqla, mətbuat şərhi, oturaq aksiyalar və sorğular, çadır və tribunaların qurulması, imza kampaniyalarının təşkili, flayerlərin paylanması və hər cür etiraz aksiyaları kimi fəaliyyətlər də qadağandır.

Bəyanatda qeyri-qanuni hərəkət və fəaliyyətlərdə iştirak edə biləcək şəxslər və qrupların əyalət və rayonlara giriş və çıxışına icazə verilməyəcəyinə dair məlumatlar da yer alıb.

Xatırladaq ki, Vanda PKK terror təşkilatı tərəfdaşları təhlükəsizlik qüvvələrinə hücumlar edib, küçələrdə nümayişlər keçirib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice