Əsas səhifə » Türkiyədə İŞİD-ə yardım etməkdə şübhəli bilinən 300-dən çox şəxs saxlanılıb

Türkiyədə İŞİD-ə yardım etməkdə şübhəli bilinən 300-dən çox şəxs saxlanılıb

Laman Asadli

Bakı. AzerPress:

Türkiyənin 32 vilayətində Təhlükəsizlik Kəşfiyyat Baş İdarəsi və Terrorla Mübarizə İdarəsi ilə koordinasiyalı olaraq “Qəhrəmanlar-34” anti-terror əməliyyatı keçirilib.

AzerPress xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Məlumata əsasən, keçirilən anti-terror əməliyyatı nəticəsində İŞİD terror təşkilatına yardım etməkdə şübhəli bilinən 304 nəfər saxlanılıb.

banner

“Son terrorçu zərərsizləşdirilənə qədər ölkəmizin terrorla mübarizəsi davam edəcək”, – deyə nazir Yerlikaya qeyd edib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice