111
Bakı, AzerPress:
Türkiyədə Hepatit A peyvəndi istehsal ediləcək.
AzerPress xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan KeyVac Peyvənd İstehsal Mərkəzinin Açılış Mərasimində çıxışı zamanı deyib.
“Daha çox xaricdən gətirilən Hepatit A peyvəndi artıq ölkəmizdə istehsal olunacaq. Türkiyə bu peyvəndi ən yüksək standartlarda istehsal edən dördüncü ölkə olacaq. Açılış mərasimində iştirak etdiyimiz bu mühüm müəssisə ilə Hepatit A peyvəndi üçün xarici bazarlardan asılılığımız azalacaq. Türkiyənin, həmçinin, bu sahədə qabaqcıl və təlim keçmiş insan resursları olacaq”, – deyə o vurğulayıb.
Ləman Əsədli
Twitter: Lamanasadli01