Əsas səhifə » Türkiyədə bütün oyunlar təxirə salınıb

Türkiyədə bütün oyunlar təxirə salınıb

Aytac Suleymanova

Bakı. AzerPress

Türkiyədə Superliqanın “Ankaragücü” – “Rizəspor” matçından sonra hakim Halil Umut Melərin döyülməsinə görə bütün oyunlar qeyri-müəyyən vaxtadək təxirə salınıb.

İdman.biz xəbər verir ki, bununla bağlı qərarı Türkiyə Futbol Federasiyasının (TFF) növbədənkənar iclasından sonra verilib.

TFF prezidenti Mehmet Büyükekşi 1:1 hesabı ilə bitən matçdan sonra baş verənləri şiddətlə qınayıb: “Futbol matçları müharibə deyil, sonda ölüm yoxdur. Bütün komandalar eyni anda çempion ola bilməz. Bunu hamımız başa düşməliyik. Hər kəsi məsuliyyət daşımağa çağırırıq. Bəsdir deyirik! Hakimlər də insandır. Heç kəsi belə vurmaq olmaz. Türk futbolunu daha dəyərsizləşdirməyin. Türk futbolunu dünyada rüsvay etməyək. Bəsdir!”.

banner

Qeyd edək ki, hadisə oyun başa çatdıqdan sonra baş verib. Ev sahiblərinin prezidenti Faruk Koca ədalət təmsilçisi Halil Umut Melerə hücum edərək, onun sifətinə zərbə endirib. Yerə yıxılan hakim digər şəxslər tərəfindən də zərbələrə məruz qalıb.

İdman.biz

Digər Kateqoriyalar

2023 © AzerVoice