Əsas səhifə » Türkiyə XİN Somalidəki terror aktında həyatını itirənlərə başsağlığı verib

Türkiyə XİN Somalidəki terror aktında həyatını itirənlərə başsağlığı verib

Hafiz Rufizoglu

Bakı. AzerVoice:

Türkiyə Xarici İşlər Nazirliyi Somalinin paytaxtı Moqadişodaterror aktında həyatını itirənlərə başsağlığı verib.

AzerVoice-nin məlumatına görə, bu barədə Türkiyə XİN bəyanat yayımlayıb.

“Somalinin təhlükəsizliyinə töhfə verən hərbçilərin həyatını itirməsi bizi dərindən kədərləndirdi. Somali, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn xalqlarına başsağlığı veririk.” – deyə bəyanatda qeyd edilib.

banner

Bildirilib ki, Türkiyə Somalinin təhlükəsizliyi, sabitliyi və rifahı üçün dəstəyini davam etdirəcək.

Xatırladaq ki, Moqadişudakı Qordan hərbi bazasında vəzifə yerinə yetirən Somalili əsgərin dünən ətrafdakılara atəş açdığı, BƏƏ-nin yüksək rütbəli əsgərləri də daxil olmaqla çoxlu sayda insanın öldüyü və yaralandığı açıqlanıb.

Hücuma görə məsuliyyəti Əl-Şəbab radikal qruplaşması öz üzərinə götürüb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice