Əsas səhifə » Türkiyə və Çin texnologiya sahəsində əməkdaşlığı genişləndirir

Türkiyə və Çin texnologiya sahəsində əməkdaşlığı genişləndirir

Laman Asadli

Bakı. AzerPress:

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Pekinə rəsmi səfəri çərçivəsində Çinin elm və texnologiya naziri Yin Hejun, sənaye və informasiya texnologiyaları naziri Jin Zhuanglong ilə görüşüb.

AzerPress xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, görüş çərçivəsində nazir Kacır Türkiyənin qlobal sərmayələr üçün ən doğru ünvan olduğunu vurğulayıb.

banner

“Görüş zamanı, xüsusilə, Çin avtomobil və akkumulyator şirkətləri üçün ölkəmizdə investisiya imkanları barədə müzakirələr apardıq. Türkiyə və Çin şirkətləri texnologiya və innovasiya sahəsində daha əhatəli əməkdaşlıq edə bilərlər. İnanıram ki, ölkələrimizin sənaye və texnologiya ekosistemlərini gücləndirəcək yeni investisiyalara yol açacağıq”, – deyə o bildirib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice