Əsas səhifə » Türkiyə və Azərbaycan Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının mühafizəsi ilə bağlı əməkdaşlıq edəcək

Türkiyə və Azərbaycan Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının mühafizəsi ilə bağlı əməkdaşlıq edəcək

Laman Asadli

Bakı. AzerPress:

Bütün ölkələr üçün olduğu kimi, Azərbaycan üçün də su ehtiyatlarının qorunması strateji əhəmiyyət kəsb edir.

AzerPress xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazla görüşü zamanı qeyd edib.

Bu baxımdan, iki ölkə arasında Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi ilə bağlı əməkdaşlığın zərurəti xüsusi vurğulanıb.

banner

Görüşdə Türkiyə şirkətlərinin hazırda Qarabağda və Şərqi Zəngəzurda davam edən bərpa-quruculuq işlərində fəal iştirakı məmnunluqla qeyd olunub.

Tərəflər, həmçinin, Azərbaycan-Türkiyə münasibətlərinin kənd təsərrüfatı, humanitar, təhsil, turizm və maraq doğuran digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Digər Kateqoriyalar

2023 © AzerVoice