Əsas səhifə » Türkiyə üzərindən İsrailə silah daşınmayıb – Türkiyə MN

Türkiyə üzərindən İsrailə silah daşınmayıb – Türkiyə MN

Laman Asadli

Bakı, AzerPress:

Türkiyədəki ABŞ-a məxsus İncirlik avia bazasından İsrailə silah daşınmayıb.

AzerPress bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Türkiyə olaraq bizim Qəzzalı qardaşlarımıza zərər verəcək hər hansı bir fəaliyyətə göz yummağımız mümkün deyil. Bu məsələdə Türkiyə Respublikasının mövqeyi bəllidir”, -deyə məlumatda bildirilib.

banner

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin sayı 14 min 532 nəfərə çatıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice