Əsas səhifə » Türkiyə PUA-ları Türksat tərəfindən idarə ediləcək

Türkiyə PUA-ları Türksat tərəfindən idarə ediləcək

Laman Asadli

Bakı. AzerVoice:

Türkiyənin Pilotsuz Uçuş Aparatları (PUA) Türksat peykləri ilə idarə olunacaq.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

“Türksat 5B peyki başda olmaqla bütün Türksat peykləri ilə PUA-ları bütün dünyada nəzarət altında saxlaya biləcəyik. Peyklərlə geniş diapazon və əhatə dairəsi ilə fasiləsiz əlaqə yaradılacaq.Türkiyə PUA-larının idarə olunmasına artıq kənardan müdaxilə etmək mümkün olmayacaq”, – deyə o əlavə edib.

banner

Uraloğlu onu da vurğulayıb ki, xaricdə fəaliyyət göstərən türk PUA-larının idarəsi daha təhlükəsiz olacaq.

“İnkişaf edən texnologiya ilə Türksat peyklərinin istifadə sahələri əhəmiyyətli dərəcədə artıb. Əvvəllər istifadə edilən LOS (Line of Sight) adlanan və ya məhdud yerüstü şəbəkələrə əsaslanan ənənəvi rabitə üsullarından fərqli olaraq, peyklər hətta ucqar və əlçatmaz ərazilərdə də fasiləsiz rabitə təmin edir”, – deyə o qeyd edib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice