Əsas səhifə » Türkiyə prezidenti Əlcəzairə rəsmi səfər edəcək

Türkiyə prezidenti Əlcəzairə rəsmi səfər edəcək

Aytac Suleymanova

Bakı. AzerPress:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 21-də Əlcəzairə rəsmi səfər edəcək.

AzerPress-in məlumatına görə, səfər zamanı Ərdoğan, Əlcəzair prezidenti Əbdülmecid Tebbun ilə görüşəcək.

Görüş zamanı İsrailin Qəzzaya hücumları gündəmdə olacaq.

banner

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 078-ə yüksəlib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice