Əsas səhifə » Türkiyə partlayışla bağlı Qırğızıstan rəsmilərindən ətraflı araşdırma hesabatı tələb edib

Türkiyə partlayışla bağlı Qırğızıstan rəsmilərindən ətraflı araşdırma hesabatı tələb edib

Laman Asadli

Bakı. AzerPress:

Türkiyə Qırğızıstan səfirliyi yaxınlığındakı avtomobildə baş verən partlayışla bağlı ölkə rəsmilərindən ətraflı araşdırma hesabatı tələb edib.

AzerPress xəbər verir ki, bu barədə Türkiyənin Bişkekdəki səfiri Əhməd Sadıq Doğan bildirib.

Səfir, həmçinin, Türkiyənin terrorla mübarizə aparan ölkə olduğunu vurğulayaraq, bu hadisədən narahatlıqlarını ifadə edib.

banner

Qeyd edək ki, Türkiyənin Bişkekdəki səfirliyi yaxınlığında dünən günorta saatlarında şəxsi nömrə nişanlı avtomobildə partlayış baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlərin müdaxiləsi ilə avtomobildəki yanğın söndürülüb.

Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tilek Otorov hadisə ilə bağlı açıqlamasında bunun terror aktı olmadığını və yanğının avtomobildə qısaqapanma nəticəsində baş verdiyini bildirib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice