Əsas səhifə » Türkiyə Ordusunun inventarına yeni PUA-lar əlavə ediləcək

Türkiyə Ordusunun inventarına yeni PUA-lar əlavə ediləcək

Laman Asadli

Bakı. AzerPress:

Türkiyə Ordusunun inventarına yeni Pilotsuz Uçuş Aparatları (PUA) və dronlar əlavə ediləcək.

AzerPress xəbər verir ki, bu barədə qərar Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Məlumata əsasən, iclasda təyyarədaşıyan gəmilərin dizaynı, yeni tipli desant gəmilərinin, yeni nəsil mina ov gəmilərinin və milli hücum katerlərinin tikintisi ilə bağlı qərarlar qəbul edilib.

banner

Bundan əlavə, Türkiyənin Milli Döyüş Təyyarəsi KAAN-ın gələcək fəaliyyəti, HÜRKUŞ təyyarələri və GÖKBEY helikopterlərinin tədarükü barədə məsələlər müzakirə edilib.

Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclası keçirilib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice